ilk andımız son andımız turandı

entry1 galeri0
    1.
  1. azerbaycan türkü Zəlimxan Yaqub ya yakup zalimhan isimli şairin güzel şiiri.

    Təntimiyim, tələsmiyim, şaşmıyın
    Yerli yersiz həddinizi aşmıyın
    Qazan gelib qaynamamış daşmıyın
    Sirdaşımız səbir, dözüm olacak
    Əzəl axır dünya bizim olacaq

    Vaxt Təbrizin, dünya ərşin dünyası
    Yol Tanrının, Haqqıı dərkin dünyası
    Əzəl axır dünya Türkün dünyası
    Üç gün, beş gün gecim tezim olacak
    Əzəl axır dünya bizim olacaq

    igid verin, şəhid verin, qan verin
    Cansızlara canınızdan can verin
    Gəmi kimi sahillərə yan verin
    Müjdəçilər düzüm düzüm olacak
    Əzəl axır dünya bizim olacaq

    Düşmən məni düz düşünməz şaş anlar
    Dediyimi qaya duyar, daş anlar
    Qayıdacak Çin Səddini aşanlar
    Müjdəçilər düzüm düzüm olacak
    Əzəl axır dünya bizim olacaq

    Yoxuşlarda nəfəsimiz təngidi
    Enişlərdə ocağımız səngidi
    Haqq sözündə dünya bir az ləngidi
    Heqiqətlər çözüm çözüm olacak
    Əzəl axır dünya bizim olacaq

    Yeni mizan yeni dünya qurandı
    ilk andımız, son andımız TURANdı
    Nişan verən Peyğəmbərdi, QUR'ANdı
    Nə yozulsa xeyrə yozum olacak
    Əzəl axır dünya bizim olacaq

    Çəkiləcək qaranlıqlar, kölgələr
    Birləşəcək neçə neçə bölgələr
    Diriləcək Oğuz Xanlar, Bilgələr
    Türkə səcdə, Türkə tənzim olacak
    Əzəl axır dünya bizim olacaq
    2 ...
© 2025 uludağ sözlük