rüstem behrudi

entry4 galeri video1
    3.
  1. Göydə bircə bulud yox,
    Üst-başım su içində,
    Bu nə yoldu gedirəm;
    Can qorxusu içində.

    içimdən səs deyir ki,
    Son maraqlı deyil ki,
    Gedirəm mən min ilki,
    Qan qorxusu içində.

    Yol gedirəm mən dəli,
    Bu yol dəli, mən dəli.
    Bu nə yoldu əvvəli
    Və sonrası içində.

    Bədən cana yükdü-yük,
    Yenə də onu sevdik,
    Sonsuzluğa gedirik
    An qorxusu içində.

    Bu da son, vaxtım çatır,
    Canım sona can atır.
    Mənim kimi qurd yatır,
    Quş yuvası içində.

    Bir keçilməz hədd var, hədd,-
    Hüzn, kədər, bir də dərd...
    Söz bilirəm-Məhəmməd,
    isa, Musa içində...

    Göydə bircə bulud yox,
    Üst-başım su içində,
    Bu nə yoldu gedirəm;
    Can qorxusu içində.
    1 ...